Bank Of Baku

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının iki komitəsinə üzv seçilib

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının iki komitəsinə üzv seçilib
# 04 oktyabr 2013 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cenevrədə (İsveçrə) Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş Assambleyasının 51-ci sessiyası keçirilib. Tədbirdə Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

Komitədən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində WIPO-nun baş direktoru Frensis Qarri ilə Komitə sədri R.Həsənovun görüşü keçirilib. R.Həsənov beynəlxalq təşkilatın baş direktorunu Azərbaycana dəvət edib.

 

Tədbirdə Azərbaycanın Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının Əlaqələndirmə Komitəsinə və Proqram və büdcə Komitəsinə üzv seçilməsi barədə qərar qəbul olunub. Əlaqələndirmə Komitəsinə üzv olmaqla Azərbaycan təşkilatın baş direktorunun seçilməsi prosesində yaxından iştirak etmək və səs vermək hüququ qazanıb. Proqram və büdcə Komitəsində isə təmsil olunmaqla WIPO-nun fəaliyyətində növbəti illər üçün hazırlanan tədbirlər planında, prioritet istiqamətlərin müəyyənləşdirilməsində, həmçinin büdcə layihələrinin müzakirələrində də söz sahibliyi imkanları əldə olunub.

 

Xatırladaq ki, Azərbaycan 1995-ci ildən WIPO-nun tamhüquqlu üzvüdür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR