APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.
H.Pirmüəzzin bildirib ki, İranla Azərbaycanın özəl sektorları arasındakı əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün faydalı olacaq: «Ancaq son illərdə müxtəlif səbəblərdən iki ölkə arasında ticarət dövriyyəsinin həcmi azalıb. Ərdəbil vilayətində əkinçilik məhsulları başda olmaqla istehsal edilən məhsulların 80%-i Azərbaycana ixrac edilib. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 57 mln. dollara çatıb. Ancaq bu ilin əvvəlindən indiyədək Ərdəbil vilayəti ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 19 mln. dollar olub. Bu səviyyə daha da artırıla bilər».