«APA-Economics»in məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, turizm, tikinti, səhiyyə, təhsil, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edir.
Biznes forum çərçivəsində Azərbaycan və Sloveniyanın iqtisadiyyatına dair təqdimatlar keçirilib.
Tədbir çərçivəsində Bakı Dövlət Universiteti və Lyublyana Universiteti arasında, Azərbaycan Texniki Universiteti ilə Sloveniyanın «İskratel» şirkəti arasında, Oğuz rayonu və Sloveniyanın Nova Qoritsa şəhərinin icra hakimiyyətləri arasında, «Azərinşaatservis» və Sloveniyanın «Duol» şirkəti arasında, Azpromo və Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyi (SPİRİT) arasında anlaşma memorandumları imzalanıb.
Forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.