Bank Of Baku

Azərbaycana «Chrysler» avtomobilinin yeni modeli gətirilib

Azərbaycana «Chrysler» avtomobilinin yeni modeli gətirilib
# 14 yanvar 2013 08:30 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycana ABŞ istehsalı olan «Chrysler» avtomobilinin yeni modeli gətirilib.

 

Sözügedən avtomobillərin Azərbaycana rəsmi idxalçısı olan «Auto Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Chrysler 200» modeli ölkəyə 3 komplektasiyada gətirilib – «Chrysler 200 Touring», «Chrysler Touring Plus» və «Chrysler 200 Limited». Yeni model 2,4 litr və 3,6 litr mühərriklərlə təchiz olunub.

 

Qiymətlərə gəldikdə, «Chrysler 200 Touring» 21,9 min manata, «Chrysler 200 Touring Plus» - 23,9 min manata, «Chrysler 200 Limited» isə 29,9 min manata təklif olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR