Bank Of Baku

Azərbaycanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun qəbul olunub

Azərbaycanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun qəbul olunub
# 02 iyul 2013 10:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bugünkü iclasında yeni hazırlanan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövləti quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat veriblər.

 

O qeyd edib ki, layihə Azərbaycan prezidentinin imzası ilə daxil olub. Yeni qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin yoxlamaların elektron uçotu aparılmalıdır.

 

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunduqdan sonra spiker Oqtay Əsədovun təklifi ilə üçüncü oxunuşda da səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR