Bank Of Baku

Azərbaycanda apreldə 4,4 minədək vergi ödəyicisində pozuntu aşkar edilib

Azərbaycanda apreldə 4,4 minədək vergi ödəyicisində pozuntu aşkar edilib
# 10 may 2013 11:05 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycanda vergi orqanlarının keçirdiyi operativ nəzarət tədbirləri zamanı 4 386 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

 

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2 226 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 439 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 222 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 716 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olduğu müəyyən edilib.

 

Operativ nəzarət tədbirləri zamanı 400 vergi ödəyicisi tərəfindən 525 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 133 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 125 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 5 286 ədəd mal olduğu aşkarlanıb.

 

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR