Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Milli qəhrəmanların ailələrinin bizneslə məşğul olan üzvlərinə yoxlamalar aparılması zamanı güzəşt edilməsi təklif olunub. «APA-Economics»in məlumatına görə, bu gün parlamentin komitələrində sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri bir sıra maraqlı təkliflər irəli sürüblər.
Millət vəkili və iş adamı Rüfət Quliyev kiçik və orta sahibkarlığın inkişafı üçün bizneslə məşğul olan Milli qəhrəmanların ailə üzvlərinə qarşı daha liberal yoxlama rejiminin tətbiqini təklif edib.
Bundan başqa, R.Quliyev təklif edib ki, vəfat etmiş Milli qəhrəmanların ailə üzvləri kiçik və orta sahibkarlıqla məşğul olarsa, onların yoxlanması zamanı müəyyən güzəştlər edilməlidir.