Bank Of Baku

Azərbaycanda bu il sahibkarlara 212 mln. manat həcmində güzəştli kreditlər verilib - VİDEO

Azərbaycanda bu il sahibkarlara 212 mln. manat həcmində güzəştli kreditlər verilib - <span style="color: red;">VİDEO
# 16 avqust 2013 12:36 (UTC +04:00)

Tədbirdə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, kiçik və orta həcmli istixana, pambıqçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 2 753 investisiya layihəsinin maliyyələşdirilməsinə 211,9 mln. manat güzəştli kredit verilib: “Bu layihələrin reallaşdırılması 8 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,9 mln. manat güzəştli kredit verilib.

 

Tədbirin sonunda Goranboy rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkar 2,9 mln. manat güzəştli kredit alıb. Verilmiş kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, çörək istehsalı, quşçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 120-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR