Bank Of Baku

Azərbaycanda bu il satışda dövlət əyarı ilə damğalanmayan 15 535 ədəd zərgərlik məmulatı aşkarlanıb

Azərbaycanda bu il satışda dövlət əyarı ilə damğalanmayan 15 535 ədəd zərgərlik məmulatı aşkarlanıb
# 24 aprel 2013 08:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib.


Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15 535 ədəd zərgərlik məmulatı aşkar edilib. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən edilib. Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.


«Cari ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə müvafiq olaraq 136 120 manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən 10 400 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib», - deyə Nazirlikdən bildirilib.


Bunun yanaşı, hesabat dövründə Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 411 762,2 manat məbləğində dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.


«Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyə edir», - deyə Nazirlikdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR