Bank Of Baku

Azərbaycanda daha bir müəssisədə şirniyyat istehsalı qadağan olunub - FOTOSESSİYA - VİDEO

Azərbaycanda daha bir müəssisədə şirniyyat istehsalı qadağan olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 noyabr 2013 09:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən «Hacıqabul Süd» MMC-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi şirniyyat məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirib.

 

Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı istehsal olunan şərq şirniyyatının uyğunluq sertifikatı, pirojnanın uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji prosesi reqlamentləşdirən sənədləri, o cümlədən xammalın müvafiq sənədlərinin olmadığı müəyyən olunub. Bundan başqa, müəssisədə sanitariya norma və qaydaları pozulub, hazır məhsulların və xammalın saxlanılması standartın tələblərinə uyğun olmayıb.

 

Komitədən bildirilib ki, aşkar olunan bu və digər nöqsanlarla əlaqədar olaraq «Hacıqabul Süd» MMC-yə məxsus şirniyyat sexində şərq şirniyyatı və pirojna məhsulunun istehsalı və satışı qadağan edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR