Bank Of Baku

Azərbaycanda daha bir saxta sərinləşdirici içki istehsalçısı aşkarlanıb

Azərbaycanda daha bir saxta sərinləşdirici içki istehsalçısı aşkarlanıb
# 17 iyul 2013 13:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Ağstafa rayonu, Həsənsu kəndində fəaliyyət göstərən «Tural» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən saxta sərinləşdirici içkilərin istehsal edildiyi müəyyən edilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyin məlumatında deyilir.

 

Məlumata əsasən, müəssisə tərəfindən «tərxun» içkilərinin gigiyenik və uyğunluq sertifikatları, «düşes» içkilərinin isə uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə «Həsənsu» adlı tərxun və «Karona» adlı düşes içkilərinin markalanma məlumatlarında heç bir sənədə əsaslanmadan məhsulun enerji və qida dəyəri, saxlama müddəti barədə məlumatların verildiyi aşkar edilib. Bundan başqa, müəssisə tərəfindən istehlakçıda Gürcüstanda istehsal olunduğu təəssüratı yaradan formada markalanmış «düşes» içkilərinin də istehsal edildiyi müəyyən edilib.

 

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən «Tural» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR