Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8% artıb
# 26 noyabr 2012 11:15 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,7% üstələyərək 4,6 mlrd. manata çatıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 71%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 3,5 mlrd. manatlıq və ya 7,1% çox pullu xidmətlər göstərilib.

 

«Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 49,9 manatlıq və ya 3,8 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib», - deyə Komitədən bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR