Bank Of Baku

Azərbaycanda elektron ticarət dövriyyəsi bu il 70% artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi bu il 70% artıb
# 10 sentyabr 2013 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan pərakəndə ticarət bazarında əhaliyə 12,2 mlrd. manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çox müxtəlif istehlak malları satılıb.

 

«APA-Econiomics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 52,0%-ni ərzaq, 48,0%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,3% bəndi artıb.

 

Yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,6 mln. manat təşkil edib. Əhali onlayn rejimdə sifariş verdikləri istehlak mallarının 85,5%-ni hüquqi, 14,5%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 92,0%-ni qeyri-ərzaq malları təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR