Bank Of Baku

Azərbaycanda etik davranış kodeksinin tələblərini pozan 8 vergi əməkdaşı işdən çıxarılıb

Azərbaycanda etik davranış kodeksinin tələblərini pozan 8 vergi əməkdaşı işdən çıxarılıb
# 15 yanvar 2013 14:45 (UTC +04:00)

Bakı – APA-Economics. Ötən il Azərbaycanda Vergilər Nazirliyinə «Vergi işçisinin etik davranış kodeksi»nin tələblərinin pozulması ilə əlaqədar 38 şikayət daxil olub.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, aparılmış araşdırmaların nəticəsi olaraq, «Vergi işçisinin etik davranış kodeksi»nin  tələblərinin pozmuş 8 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilib, 6 əməkdaşa töhmət verilib, 2 əməkdaşa xəbərdarlıq elan edilib.

 

«2012-ci il ərzində bu sahədə bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə vergi xidməti əməkdaşları korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib», - deyə məlumatda bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR