Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək məhsullarına dair yeni standart hazırlayıb. «APA-Economics»in məlumatına görə, bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirilib.
Onun sözlərinə görə, yeni standartın cari ilin sonunadək qəbul olunacağı gözlənilir və onun praktiki tətbiqinə artıq gələn ildən etibarən başlanacaq.
Komitə rəsmisi onu da əlavə edib ki, yeni standarta əsasən, çörək istehsalı ilə məşğul olan müəssisələr çörəyin çəkisini sərbəst təyin edəcək, lakin çörəyin qablaşdırması məsələsi aktual olacaq.