Bank Of Baku

Azərbaycanda hər bir ölkə sakini orta hesabla ayda ərzağa 88 manat xərcləyir

Azərbaycanda hər bir ölkə sakini orta hesabla ayda ərzağa 88 manat xərcləyir
# 31 yanvar 2013 12:22 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsullarının həcmi 2,1% artaraq 9 728,0 mln. manata, qeyri-ərzaq mallarının həcmi isə 20,7% artaraq 7 831,1 mln. manata bərabər olub.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə istehlakçıların həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən keyfiyyət göstəricilərindən biri olan – qeyri-ərzaq mallarının xüsusi çəkisinin artma tendensiyasının müşahidə olunmasına baxmayaraq, pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi hələ üstünlük təşkil etməkdə davam edərək 55,4%  olub: «İl ərzində qeyri-ərzaq mallarının payı 40,5%-dən 44,6%-dək yüksəlib və pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 87,2%-i qeyri-ərzaq mallarının satışı sayəsində yaranıb».

 

Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 87,8 manatlıq ərzaq, 70,7 manatlıq qeyri-ərzaq malları alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR