Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan iaşə dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 402,2 mln. manata çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, özəl sektorda iaşə dövriyyəsinin 47,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 52,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 188,6 mln. manat olub.