Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,2% artaraq 514,6 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 47,7%-i hüquqi şəxs statuslu müəssisələrin, 52,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 14,6% artaraq 250,3 mln. manat olub.