«APA-Economics»in xəbər verdiyi kimi, bu, «2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı» Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planında göstərilib.
Bundan əlavə, iqtisadi statistikanın təkmilləşdirilməsi istiqamətində 2016-2017-ci illərdə ölkənin dəmir yollarının siyahıyaalınması metodologiyasının hazırlanması və siyahıyaalınmanın təşkili, 2014-22016-cı illərdə «Ölkənin əmək bazarında qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul əhalinin sayının qiymətləndirilməsi»nə dair metodologiyanın hazırlanması və seçmə statistik müayinənin keçirilməsi, 2014-cü ildə əsas növ ərzaq məhsullarının çevirmə, həmçinin enerji və qidalılıq (zülal, yağ, karbohidrat) tutumunu səciyyələndirən milli əmsalların hazırlanması, 2016-cı ildə «Yaşıl iqtisadiyyat»ı əhatə edən statistik göstəricilərə dair metodologiyanın və göstəricilər sisteminin hazırlanması, 2015-2016-cı illərdə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən enerji məhsullarının istehlakı haqqında seçmə müayinənin keçirilməsi, 2014-cü ildə ev təsərrüfatlarının sənaye fəaliyyətinin statistik öyrənilməsi nəzərdə tutulur.