Bank Of Baku

Azərbaycanda kimya sənaye parklarındakı sahibkarlara güzəştli kreditlər veriləcək

Azərbaycanda kimya sənaye parklarındakı sahibkarlara güzəştli kreditlər veriləcək
# 26 dekabr 2012 12:25 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

 

Onun sözlərinə görə, bu il ərzində SKMF tərəfindən 2 419 sahibkara investisiya layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 218 mln. manat məbləğində güzəştli kreditlər verilib ki, əvvəlki illə müqayisədə sahibkarların sayı 47,2%, kreditlərin həcmi isə 38% artıb. «Fond tərəfindən 2012-ci il üçün sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Lakin əvvəllər verilmiş güzəştli kreditlərin geri qaytarılması hesabına cari ildə verişmiş kreditlərin həcmi 218 mln. manat təşkil edib. Ümumiyyətlə, 2012-ci ildə Fonda 128 mln. manat məbləğində vəsait geri qaytarılıb».

 

Ş.Abdullayev həmçinin bildirib ki, SKMF-dən güzəştli kredit alan sahibkarların bir qismi vəsaiti Fonda vaxtından əvvəl qaytarır. Təkcə 2012-ci il ərzində sahibkarlar SKMF-ə 16 mln. manat məbləğində vəsaiti vaxtından öncə geri qaytarıb ki, bu da 2008-ci illə müqayisədə 8,6 dəfə çoxdur.

 

Gələn il üçün SKMF-in maliyyələşdirəcəyi prioritet sahələrə toxunan Fond rəsmisi onu da əlavə edib ki, ilk dəfə olaraq gələn ildən etibarən SKMF Azərbaycanda yaradılan kimya sənaye parklarında fəaliyyət göstərəcək sahibkarlara da güzəştli kreditlər verəcək: «Gələn il ərzində SKMF tərəfindən sahibkarlıq subyektlərinə 300 mln. manat məbləğində güzəştli kreditlərin verilməsi nəzərdə tutulur».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR