Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda hüquqi şəxslərin sayı artmaqda davam edib və qeydiyyatdan keçmiş 5 417 hüquqi şəxsin 154-ü dövlət mülkiyyətinə, 4 653-ü xüsusi mülkiyyətə, 483-ü tam xarici investisiyalı, 124-ü birgə müəssisələrə, 3-ü isə bələdiyyə mülkiyyətinə aid olub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yeni yaradılmış hər beş müəssisədən üçü Bakıda, 12,7%-i Aran, 7,2%-i Abşeron və 5,7%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan başqa, 2012-ci ildə 65 799 fiziki şəxs qeydiyyatdan keçib. İl ərzində fiziki şəxslər Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyata alınıb.