Bank Of Baku

Azərbaycanda ötən il standartlaşdırma, metrologiya və patent sahəsində 1138 yoxlama aparılıb

Azərbaycanda ötən il standartlaşdırma, metrologiya və patent sahəsində 1138 yoxlama aparılıb
# 17 yanvar 2013 10:46 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 1 138 təsərrüfat subyektində yoxlamalar aparıb.

 

Komitəndən «APA-Economics»ə verilən məlumata görə, yoxlamaların 517-i ərzaq məhsulları, 418-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 193-ü isə metroloji nəzarətlə bağlı olub. Ümumilikdə, aparılmış yoxlamalar zamanı 833 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, 833 iradnamə və 455 tələbnamə verilib, 261 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib.

 

Unlu-qənnadı məmulatları istehsal edən 6, çörək məmulatları 66, dönər istehsalı 4, toyuq əti istehsalı 2, süd məhsulları 21, alkoqolsuz içkilər 23, mebel istehsalı 1, profil istehsalı 2, tikinti materialları 4, asfalt istehsal edən 2 təsərrüfat subyektlərinə istehsalın və satışın qadağan olunması barədə tələbnamələr verilib. Məhsullardan götürülmüş nümunələrin sınağı nəticəsində onların normativ sənədlərin tələblərinə cavab vermədiyi, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib və bu səbəbdən ümumi dəyəri 126,9 min manat olan 18 ton yağ, 570 litr qabalaşdırılmış içməli su, 950 dekalitr pasterizə edilmiş çəllək pivəsi, 60 kq Bakı paxlavası, 438 kq müxtəlif növ kolbasa məmulatları, 1 050 kq qənd rafinadı, 10 056,6 litr alkoqolsuz içki dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib.

 

Eyni zamanda, inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə 306,5 min manat cərimələr tətbiq edilib, 48 müəssisə barəsində tərtib edilmiş protokol baxılması üçün məhkəməyə göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR