Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1 481,7 mln. manat məbləğində istehlak malları satılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xidmət müəssisələri tərəfindən 536,1 mln. manatlıq pullu xidmət göstərilib.
«Ötən ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 9,1%, pullu xidmətlərin həcmi isə 8,4% artıb. Ölkə sakinləri ticarət şəbəkəsindən 848,2 mln. manatlıq ərzaq məhsulları və 633,5 mln. manatlıq qeyri-ərzaq malları alıb».