Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2 847,5 mln. manat məbləğində və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 8,8% çox istehlak malları satılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 2,1% artaraq 1 597,0 mln. manata, qeyri-ərzaq mallarının həcmi isə 18,6% artaraq 1 250,5 mln. manata bərabər olub: «Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 3,8 faiz bəndi azalaraq 56,1%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 43,9% təşkil edib».
Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 86,3 manatlıq ərzaq, 67,6 manatlıq qeyri-ərzaq malları alıb.