Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi son bir ildə 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi son bir ildə 9% artıb
# 10 may 2013 14:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət bazarında əhaliyə 5,9 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çox əmtəə satılıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmtəə bazarında satılmış məhsulların 3,2 mlrd. manatı ərzaq, 2,7 mlrd. manatı qeyri-ərzaq mallarının hesabına formalaşıb, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi artıb.

 

«Cari ilin yanvar-aprel aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə artaraq 700,8 min manat təşkil edib. Satışın 87,8%-i hüquqi şəxslərin, 12,2%-i fərdi sahibkarların hesabına reallaşıb. Əhalinin online vasitəsi ilə istehlak mallarının alınmasına ödədikləri vəsaitin 93,9%-i qeyri-ərzaq mallarının alınmasına sərf edilib», - deyə Komitədən bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR