Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2012-ci ildə sahibkarlar tərəfindən edilmiş müraciətlər əsasında 446 sayda lisenziya verilib, 27 sayda lisenziyanın fəaliyyəti dayandırılıb, 15 lisenziya isə ləğv edilib.
Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, lisenziyanın alınması ilə bağlı ərizə, 15 fiziki şəxs və 25 hüquqi şəxs olmaqla, 40 sahibkar tərəfindən elektron xidmət vasitəsilə daxil olub. Hesabat ilində xüsusi razılıq (lisenziya) ilə əlaqədar 228 min manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.