Bank Of Baku

Azərbaycanda Qobustan rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycanda Qobustan rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 13 dekabr 2012 07:40 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Qobustan rayonu üzrə sahibkarlıq subyektlərindən müasir kiçik həcmli cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

«Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər», - deyə Nazirlikdən bildirilib.

 

Əlaqə telefonu: (+994 12) 434-74-29.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR