Bank Of Baku

Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 20 noyabr 2012 13:51 (UTC +04:00)

 

 

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2012-ci ilin oktyabr ayı üzrə 105,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, sentyabr ayının indeksindən 1,3 faiz bəndi azdır.

 

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin oktyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 554,0 mln. manat, sentyabrda isə 1 470,9 mln. manat təşkil edib.

 

Göründüyü kimi, indeks azalsa da, hələ də 100%-dən yuxarıdır ki, bu da aylıq müqayisədə pərakəndə ticarətin artmasını göstərir.

 

Qeyd edək ki, ümumiyyətlə yanvar-oktyabr ayları ərzində pərakəndə ticarətin həcmi illik müqayisədə 9,4% artıb. Yanvar-sentyabr ayları üzrə isə artım 9,0% təşkil edib və beləliklə, oktyabrdakı artım ümumi dinamikaya təsir göstərib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR