Bank Of Baku

Azərbaycanda sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri arasında qanunvericiliyin pozulması tendensiyası artıb

Azərbaycanda sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri arasında qanunvericiliyin pozulması tendensiyası artıb
# 12 iyun 2013 08:17 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda iri vergi ödəyiciləri arasında vergidən yayınma halları azalıb.

 

«APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov bildirib: «Ötən illə müqayisədə iri vergi ödəyiciləri, o cümlədən iri ƏDV ödəyicilərində qanunvericiliyin pozulması tendensiyası azalır».

 

Əvəzində daha sadələşdirilmiş qaydada vergi ödəyən vergi ödəyicilərində qanunvericiliyin pozulması tendensiyasının artımı müşahidə edilir. Nazir müavini bildirib ki, bunun qarşısının alınması üçün müvafiq proqramlar hazırlanıb: «Belə vergi ödəyicilərinin məlumatlandırılması, onlarda treninqlərin keçirilməsi və s. nəzərdə tutulur. Hesab edirik ki, bu proqramlar nəticəsində həmin tendensiyalar azalacaq».

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR