Bank Of Baku

Azərbaycanda sahibkar və menecerlərin Almaniyada ixtisasartırma kursunda iştirakı üçün müsabiqə keçirilir

Azərbaycanda sahibkar və menecerlərin Almaniyada ixtisasartırma kursunda iştirakı üçün müsabiqə keçirilir
# 30 yanvar 2013 15:29 (UTC +04:00)

Bakı – APA-Economics. Bakı Biznes Tədris Mərkəzi (BBTM) “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2013-cü ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edir.

 

BBTM-dən “APA-Economics”ə verilən məlumata görə, proqramın məqsədi Azərbaycanın şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

 

Namizədlərə ali təhsilə (bakalavr və ya magistr dərəcəsi) və menecment sahəsində azı 1 (bir) il iş təcrübəsinə malik olmalı, yaşı 45-dən çox olmamalı, ingilis dilini bilməlidir.

 

İxtisasartırma kursları zamanı (22 aprel-17 may 2013-cü il) tədris ingilis dilində aparılacaq. Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

 

Fevralın 26-28-də Almaniyanın GIZ təşkilatının mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcək. Namizədlər özləri haqqında məlumat (Candidate Profile), zəmanət məktubu (Letter of Refrence) və vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayışları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və aşağıdakı ünvana şəxsən təqdim etməlidirlər:

 

Bakı şəhəri, A.M.Şərifzadə küçəsi,172,  IV mərtəbə, otaq 402 (tədrisin təşkili və metodikası şöbəsi): əlaqələndirici şəxs - Məlahət Kazımova. Tel: (012) 431-39-07, 430-93-22, e-mail: [email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR