Bank Of Baku

Azərbaycanda satılan «Humana» çaylarında kif və maye göbələkləri normadan artıq olub - APA TV

Azərbaycanda satılan «Humana» çaylarında kif və maye göbələkləri normadan artıq olub - <span style="color: red;">APA TV
# 12 iyun 2013 09:26 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Məsim Babayev bildirib.

 

M.Babayev həmin çayların sertifikatlaşdırılması ilə bağlı sonradan «Humana» şirkəti tərəfindən Dövlət Komitəsinə müraciət olunduğunu söyləyib: «Aparılan laborator analizlər nəticəsində melisa və alma qoxulu çaylarda maye göbələkləri normadan artıq olub. Raziyana və cirə çaylarında isə kif və maye göbələkləri normadan artıq olduğu üçün həmin məhsullar sertifikatlaşdırılmayıb. Bu çayların ölkəyə idxalı və satışı qadağan olunub. «Humana» şirkəti tərəfindən də həmin çayların istehlak bazarından yığılması barədə müvafiq göstəriş verilib».

 

M.Babayev istisna etməyib ki, bu məhsulların tərkibində kif və maye göbələklərinin normadan artıq olması həmin məhsulların daşınması və saxlanılması ilə bağlıdır: «Bu sahədə araşdırma davam etdirilir. Yeni məhsul partiyaları ölkəyə daxil olduqda onları da yoxlayacağıq. Əgər normativ tələblərə uyğun olarsa, həmin məhsulların idxalına icazə veriləcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR