Bank Of Baku

Azərbaycanda tibbi və əczaçılıq lisenziyası üçün elektron qaydada müraciət etmək mümkündür

Azərbaycanda tibbi və əczaçılıq lisenziyası üçün elektron qaydada müraciət etmək mümkündür
# 31 iyul 2013 16:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər lisenziya almaq üçün artıq «Elektron hökumət» portalı vasitəsilə elektron qaydada müraciət edə bilərlər.

 

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq Səhiyyə Nazirliyinin «Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması üçün e-müraciət» xidməti portala inteqrasiya edilib.

 

Xidmətin göstərilməsi üçün ərizə forması e-gov.az internet ünvanında doldurulur, tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada əlavə edilərək göndərilir.

 

Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Səhiyyə Nazirliyinin Ümumi şöbəsi və Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR