Bakı – APA-Economics. Azərbaycanda «Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası» çərçivəsində 2015-ci ilədək vergidən yayınan vergi ödəyicilərinin 2%-ə endirilməsi nəzərdə tutulur.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə bu göstərici 3% təşkil edib.
Konsepsiya çərçivəsində görülən tədbirlər nəticəsində qarşıdakı 3 ildə vergidən qismən yayınanların sayı 27%-dən 13-15%-ə enməlidir.
Nazirliyin könüllü əməl etmə səviyyəsinin yüksəldilməsi ilə bağlı hədəflərinə əsasən isə 2015-ci ildə vergini könüllü ödəyənlərin payı 2010-cu ildəki 70%-dən 82-85%-ə qalxmalıdır.