Bank Of Baku

Azərbaycanda yanvarda 7 mindən artıq vergi ödəyicisində pozuntu aşkarlanıb

Azərbaycanda yanvarda 7 mindən artıq vergi ödəyicisində pozuntu aşkarlanıb
# 06 fevral 2013 12:43 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. üzrə vergi orqanları tərəfindən keçirilən tədbirlərdə 7 048 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

 

Nazirlikdən «APA-Economics»ə bildirilib ki, hesabat dövründə 3 674 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 460 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 965 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 878 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

 

Operativ nəzarət tədbirləri zamanı 929 vergi ödəyicisi tərəfindən 1 600 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 155 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 184 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 5 408 ədəd mal olduğu aşkarlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR