Bank Of Baku

Azərbaycanda yeni vergi ödəyicilərinin 71%-i elektron qaydada qeydiyyata alınıb

Azərbaycanda yeni vergi ödəyicilərinin 71%-i elektron qaydada qeydiyyata alınıb
# 11 iyun 2013 14:47 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 34 901 vergi ödəyicisi qeydiyyata alınıb.

 

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yeni vergi ödəyicilərinin 24 821-i və ya 71,1%-i elektron qaydada qeydiyyata alınıb. İyunun 1-i vəziyyətinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 512 114 olub.

 

Cari ilin yanvar-may ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1% təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR