Bank Of Baku

Azərbaycanın bölgələrində vergi ödəyicilərinə 36 xidmət mərkəzi fəaliyyət göstərir

Azərbaycanın bölgələrində vergi ödəyicilərinə 36 xidmət mərkəzi fəaliyyət göstərir
# 12 noyabr 2012 15:35 (UTC +04:00)

 

 

Bakı – APA-Economics. Vergilər Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) qarşılıqlı partnyorluq Sazişi əsasında ölkənin müxtəlif bölgələrində 36 vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyət göstərir.

 

«APA-Economics»in məlumatına görə, mərkəzlərin işinin real nəticələrini müzakirə edib, daha da təkmilləşdirmək məqsədilə ASK–da Vergilər Nazirliyinin, «Aqrar kredit» QSC-nin və vergi ödəyicilərinə xidmət mərkəzi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

 

Tədbirdə ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, hazırda təşkilat 5000-dək sahibkarlıq subyektini, o cümlədən 50-dək assosiasiya və birlikləri özündə birləşdirir. Konfederasiyanın digər fəaliyyətləri ilə yanaşı, biznes mühitinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi üçün sahibkarlardan daxil olan təkliflər ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim edilib.

 

İclasda qeyd olunub ki, konfederasiyanın nümayəndəlikləri fəaliyyətlərini genişləndirməli və əhatə etdikləri rayonlarda sahibkarlarla işgüzar əlaqələr yaratmalıdır. Eləcə də sahibkarlıq və biznes fəaliyyətində dövlət nəzarəti sistemi ilə yanaşı, ictimai nəzarətin təkmilləşdirilməsi, ASK-ya yeni üzvlərin cəlb olunması, müxtəlif sərgilərdə sahibkarların iştirakına dəstək, iş adamlarının hüquqlarının qorunmasında Konfederasiyanın imkanlarından səmərəli istifadə olunması və s. məsələlərə toxunulub.

 

İclasda ASK-nın Xaçmaz regional nümayəndəsi Famil Baxışov rayonda hər biri 2 min tonluq 5 ədəd, 1 ədəd 500 tonluq soyuducu anbarın istifadəyə verildiyini, ASK-nın Xaçmaz Regional nümayəndəliyinin  əhatə etdiyi 6 rayonda ASK üzvlərinin sayının 300 nəfərə çatdığını bildirib. Xaçmazdakı vergi ödəyicilərinə xidmət mərkəzinin mütəxəssisi Qazıəhməd Şahbazov deyib ki, 2008-ci ildə yaradılan xidmət mərkəzinə indiyədək 15 633 sahibkar müraciət edib. ASK-nın Qazax rayonu vergi ödəyicilərinə xidmət üzrə mütəxəssisi Pərviz İsmayılov isə bildirib ki, Qazax vergi ödəyicilərinə xidmət mərkəzində 2012-ci ilin 9 ayı ərzində 3300 vergi ödəyicisinə 4605 xidmət göstərilib və xidmət mərkəzi fəaliyyət göstərdiyi tarixdən bu günədək onların sayı mütəmadi olaraq artır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR