Bank Of Baku

Azərbaycanın əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətə 10,5 min dollar cərimə kəsilib

Azərbaycanın əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətə 10,5 min dollar cərimə kəsilib
# 25 iyun 2013 14:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətə 10,5 min ABŞ dollarından artıq maliyyə sanksiyası tətbiq edilib.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «TREKA-2009» MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

Dövlət Xidməti tərəfindən işə baxılarkən müəssisə tərəfindən antiinhisar orqanına düzgün olmayan məlumatların təqdim edildiyi də müəyyən olunub.

 

İstehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə, habelə antiinhisar orqanına düzgün olmayan məlumatlar təqdim etdiyinə görə «TREKA-2009» şirkətinə 8,3 min manat maliyyə sanksiyası tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR