Bank Of Baku

Azərbaycanın investisiya imkanları Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısında təqdim edilib

Azərbaycanın investisiya imkanları Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısında təqdim edilib
# 02 may 2013 15:57 (UTC +04:00)

Bakı – APA. Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısı çərçivəsində bu gün Azərbaycana dair ölkə təqdimatı keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimatla çıxış edib.

 

Qeyd edək ki, aprelin 30-dan etibarən Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısında xarici ölkələrdən beş minə yaxın dövlət rəsmisi və iş adamları iştirak edir. Tədbir çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana da dair stend qurulub. Stenddə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə, həyata keçirilən iri layihələrə dair məlumatlar yerləşdirilib. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR