Bank Of Baku

Azərbaycanın investisiya imkanları italiyalı iş adamlarına təqdim edilib

Azərbaycanın investisiya imkanları italiyalı iş adamlarına təqdim edilib
# 10 iyul 2013 12:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilaçlığı ilə Azərbaycan və İtaliya iş adamları arasında görüş keçirilib.

 

Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, Fondun rəhbəri Rüfət Məmmədov Azərbaycanın iqtisadi vəziyyəti, investorlar üçün yaradılmış əlverişli şərait və ölkənin iştirakçısı olduğu mühüm layihələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq italiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib. 

 

Tədbirdə Azpromo-nun fəaliyyəti, Azərbaycanın investisiya mühitinə dair təqdimat keçirilib.
 

Görüşdə İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu vurğulanıb, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin bu baxımdan əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

 

İtaliyalı iş adamlarına Azərbaycan iqtisadiyyatının prioritet sahələri, investisiya layihələrinin birgə maliyyələşdirmə imkanları, Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər və investorlara təklif olunan güzəştlər barədə məlumat verilib. İtaliyalı iş adamlarını maraqlandıran suallar cavablandırılmış, Azpromo tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR