Bakı - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və GİZ Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2013-cü il iyulun 15-16-da "Bazar Tədqiqatları" üzrə təlim keçiriləcək.
“Azpromo”dan “APA-Economics”ə verilən məlumata görə, təlim ABŞ, Avropa İttifaqı və Rusiyada təzə emal olunmuş meyvə (fındıq, meyvə şirələri, mürəbbə və s.) bazarı, ixrac prosesində bazar tədqiqatlarının əhəmiyyəti, müştərilərin müəyyən edilməsi və onlarla biznes əlaqələrinin yaradılması və beynəlxalq ticarətdə vasitəçilərin rolu kimi mövzuları əhatə edəcək.
Təlim Böyük Britaniya, Şimali İrlandiya və Amerika Birləşmiş Ştatlarından dəvət olunmuş 3 mütəxəssis tərəfindən aparılacaq. Təlim pulsuzdur və sonda iştirakçılara sertifikat təqdim olunacaq.