Bank Of Baku

Azərbaycanın parfümeriya məhsulları bazarında geniş yoxlamalar aparılacaq

Azərbaycanın parfümeriya məhsulları bazarında geniş yoxlamalar aparılacaq
# 22 aprel 2013 08:03 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Komitəsi yanında Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib.

 

Onun sözlərinə görə, yaxın vaxtlarda bəzi parfümeriya şəbəkələrində araşdırma aparılacaq və onun nəticələri ictimaiyyətə açıqlanacaq: «Bu gün həmin sahədə ciddi nəzarət aparılır. Bu günlərdə özünüz də şahid olacaqsınız ki, mətbuatın iştirakı ilə bu şəbəkədə geniş reydlər keçiriləcək və bu reydlərin nəticəsi ictimaiyyətə çatdırılacaq».

 

Ə.İmanov bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək: «Əgər standartın tələblərinə cavab verməyən məhsullar varsa, ilk növbədə onların satışına qadağa qoyulacaq və onlar utilizasiya ediləcək və buna yol verən müəssisələr İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi cərimələnəcək. Lazım gələrsə bununla bağlı inzibati orqanlara müraciət ediləcək».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR