Bank Of Baku

Azərbaycanın vergilər naziri: «Vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq istəyirik»

Azərbaycanın vergilər naziri: «Vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq istəyirik»
# 08 fevral 2013 10:56 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.

 

Onun sözlərinə görə, müasir inkişaf tendensiyası və qlobal çağırışlar vergi orqanları tərəfindən daha fəal vergi siyasətinin həyata keçirilməsini və vergi daxilolmalarının artırılmasını tələb edir: «Vergi islahatları ilə yanaşı nağdsız ödənişlərin stimullaşdırılması, nağd ödəmələrin həcminin məhdudlaşdırılması, əmək münasibətlərinin leqallaşdırılması və əmək müqavilələrinin bağlanılmasının təmin edilməsi hesabına vergitutma bazasının daha da genişləndirilməsinə nail olmalıyıq».

 

Nazir qeyd edib ki, qarşıya qoyulan məqsədlər vergi sisteminin sabit və proqnozlaşdırıla bilən, vergi inzibatçılığının isə biznesin iştirakçıları üçün maksimum rahat və əlverişli olmasını, vergi sisteminin stimullaşdırıcı rolunun artırılmasını tələb edir. «Biz vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq, milli vergi sistemi qarşısında duran vəzifələri sizinlə birlikdə qarşılıqlı fayda prinsipi əsasında həll etmək, dövlət-biznes münasibətlərini tərəfdaşlıq, partnyorluq səviyyəsinə qaldırmaq istəyirik», -  deyə F.Məmmədov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR