Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr bu il sentyabrın 23-26-da Liaoninq vilayətində (Çin) keçiriləcək VII Şenyan Kənd Təsərrüfatı sərgisində iştiraka dəvət olunur. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, sərgi haqqında ətraflı məlumat almaq üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət etmək olar: tel.: (+994 12) 465-72-44/45/46; faks: (+994 12) 465-72-42/43; e-mail: [email protected].