Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən iş adamları Antalyada (Türkiyə) keçiriləcək qida və içki sərgilərinə dəvət olunub.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Antalya İxracatçılar Birliyi Baş Katibliyinin təşkilatçılığı fevralın 21-də Antalya şəhərində «Beynəlxalq yeyinti və içki ixtisası Sərgisi» («ANFAŞ Food Product») və «İçki ixtisası sərgisi» («ANFAŞ Bevex) keçiriləcək.
Sözügədən tədbirlərə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da dəvət olunur. Sərgidə iştirak etmək istəyənlər Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilər.
Əlaqə telefonu: (+994 12) 444-73-20.