Bank Of Baku

Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün treninq keçirilib

Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün treninq keçirilib
# 06 aprel 2013 10:49 (UTC +04:00)

Bakı - APA-Economics. Aprelin 6-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün treninq keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları», «İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında keçirilən tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də Bakı şəhəri və qəsəbələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib.

 

Tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi» Proqramının (“GSP+”) əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib.

 

Treninq iştirakçıları həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar, onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.

 

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR