Bank Of Baku

Bakıda 4 min litr zərərli sirkə satışdan çıxarılıb

Bakıda 4 min litr zərərli sirkə satışdan çıxarılıb
# 10 aprel 2013 15:08 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda mənşəyi məlum olmayan 4 min litr sirkə aşkarlanaraq satışdan çıxarılıb.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi,1 ünvanında fəaliyyət göstərən Kamil Hacıyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya K.Hacıyev tərəfindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi,1 ünvanında yerləşən istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilib.

 

Yoxlama zamanı aşkar edilmiş mənşəyi məlum olmayan və etiketində istehlakçılara mənşəyi barədə yanlış məlumat verilən 4 min litr sirkə satışdan çıxarılıb.

 

Əmtəənin mənşəyi və sahibkarın şəxsiyyəti barədə yanlış və əsassız məlumatlar verərək istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Kamil Hacıyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR