Bank Of Baku

Bakıda «Azərbaycanın fındıq sektorunda keyfiyyət təminatı və ixracın təşviqi» mövzusunda seminar keçirilib

Bakıda «Azərbaycanın fındıq sektorunda keyfiyyət təminatı və ixracın təşviqi» mövzusunda seminar keçirilib
# 17 aprel 2013 10:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə «Azərbaycanın fındıq sektorunda keyfiyyət təminatı və ixracın təşviqi» mövzusunda seminar keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, seminarda əsas məsələ Azərbaycandan Avropa Birliyi ölkələrinə fındığın ixracı ilə bağlı məsələlərin müzakirəsidir.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bəyan edib ki, ənənəvi olaraq fındıq Azərbaycanın ixrac etdiyi malların sırasında böyük yeri tutub və hazırda həmin məhsul ixrac üçün çox önəmlidir. Bu səbəbdən də Azərbaycan fındığın Avropa Birliyinə ixracında maraqlıdır.

 

Seminarın mahiyyətindən danışan N.Tağıyev bildirib ki, əsas məqsəd məhsulun standartları üzrə Avropa Birliyin nümayəndələri ilə müəyyən razılaşmaya gəlinməsi üçün müzakirələrin aparılmasıdır. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti bu məsələdə Azərbaycan tərəfinə texniki dəstək göstərir.

 

Seminar çərçivəsində Avropa Birliyinin qida təhlükəsizliyi, o cümlədən fındıq üzrə tələblər, beynəlxalq baza və alıcıların tələbləri, keyfiyyət infrastrukturu mövzusunda təqdimatlar dinlənilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR