Bank Of Baku

Bakıda «Favorit-Market» şəbəkəsinin altıncı mağazası açılıb

Bakıda «Favorit-Market» şəbəkəsinin altıncı mağazası açılıb
# 10 may 2013 12:23 (UTC +04:00)

Bakı – APA-Economics. «Favorit» məşhur supermarketlər şəbəkəsi Bakı sakinləri üçün yeni mağazasını təqdim edib. Belə ki, mayın 10-da paytaxtda növbəti mağazanın açılış mərasimi keçirilib. Yeni «Favorit-Market» M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr-ti,157 ünvanında  yerləşir.

 

«APA-Economics»in məlumatına görə, bu, ümumi sahəsi 6 min kv. metr olan «Favorit-Market» supermarketlər şəbəkəsinin sayca altıncı mağazasıdır. Bir neçə bölmədən ibarət olan marketdə alıcılara hər növdə qida məhsulları təklif olunur. Eyni zamanda dünyanın hər yerindən gətirilmiş məhsullar, meyvə və tərəvəzlər və ənənəvi xidmətlər təqdim olunur.

 

«Favorit-Market»in özəl xüsusiyyətlərindən biri də onun «Favorit Card» loyallıq proqramıdır. Bu proqram vasitəsi ilə artıq yüzlərlə müştəri dəyərli hədiyyələr qazanıb. «Favorit Card» vasitəsi ilə alış-veriş edən müştərilər üçün qiymətli hədiyyə çeşidləri əlavə edilməkdədir.

 

Qeyd edək ki, gələcəkdə daha bir neçə «Favorit-Market»in açılması nəzərdə tutulub. Hazırda Yasamal rayonu, Məhəmməd Hinduşah Naxçıvani küçəsi,15, Binəqədi rayonu,  Mircəlal küçəsi,59K, Binəqədi rayonu, 2-ci mədən,52-ci korpus, Yasamal rayonu, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, məhəllə 574, Binəqədi rayonu, 7-ci mkr-n, Xarici dairəvi küçəsi, 22-ci binanın qarşısı və Məmmədəmin Rəsulzadə qəsəbəsi, Azadlıq pr-ti,157 ünvanlarında «Favorit-Market»lər fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR