Bank Of Baku

Bakıda «Tvinninq üzrə layihə tərəfdaşlarının seçilməsi» mövzusunda seminar keçirilib

Bakıda «Tvinninq üzrə layihə tərəfdaşlarının seçilməsi» mövzusunda seminar keçirilib
# 02 sentyabr 2013 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Avropa Birliyinin Tvinninq, TAİEX və SİQMA Alətlərinin Proqram İdarəetmə Qurumu tərəfindən «Tvinninq üzrə layihə tərəfdaşlarının seçilməsi» mövzusunda seminar keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 20-dən çox dövlət qurumunun nümayəndəsi iştirak edib. Seminar zamanı Avropa Birliyinin Tvinninq aləti çərçivəsində layihə tərəfdaşının seçilməsi sahəsində təcrübə mübadiləsi və müzakirələr aparılıb.

 

Həmçinin, seminarda Avropa Birliyinin texniki yardım üzrə ekspertləri tərəfindən «Tvinninq üzrə layihə tərəfdaşlarının seçilməsi» mövzusunda təqdimat keçirilib, iştirakçılara bu sahədə yeniliklər və prioritetlər barədə ətraflı məlumat verilib.

 

Seminar sentyabrın 3-də də davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR