Bank Of Baku

Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçirilir - YENİLƏNİB II

Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçirilir  - <span style="color: red;">YENİLƏNİB II
# 14 noyabr 2012 09:55 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumu işə başlayıb.

 

«APA-Economics»in məlumatına görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, neft sənayesi, tikinti, təhsil, aviasiya, yük daşınmaları, turizm, ticarət, metallurgiya, tullantıların idarə edilməsi, toxuculuq, tibbi ləvazimatların təchizatı, bioyanacaq istehsalı və digər sektorları təmsil edən BƏƏ-dən 30 və Azərbaycandan 140-dan çox sahibkar iştirak edir.

 

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin uğurla inkişaf etdiyini bildirib və qeyd edib ki, 2011-ci ildə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi 50%-dən çox, bu ilin ilk 9 ayı ərzində isə 57%-dən çox artıb: «Ticarət dövriyyəsində müsbət dinamikaya baxmayaraq, bu rəqəmləri artırmaq üçün hər cür şərait və potensial mövcuddur».

 

Nazir onu da bildirib ki, hazırda Azərbaycanda 122 BƏƏ şirkəti fəaliyyət göstərir. BƏƏ-nin Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi 263 mln. ABŞ dolları, əsas kapitala yönəltdiyi investisiyaları 105 mln. dollar təşkil edib. Eyni zamanda, Abu-Dabi İnkişaf Fondu Azərbaycanda inşa olunan «Cənub» elektrik stansiyasının tikintisinə 42 mln. avro məbləğində vəsait ayırıb.

 

Azərbaycan iqtisadiyyatından danışan Ş.Mustafayev qeyd edib ki, 2016-cı ildə ölkədə istehsal olunan ÜDM-in 70%-i qeyri-neft sektorunun payına düşəcək, 2020-ci ilədək ÜDM-in 2 dəfə artırılması nəzərdə tutulur. Nazir əlavə edib ki, hazırda Azərbaycanın xarici dövlət borcu ÜDM-in 7%-ni, dövlət büdcəsinin kəsiri isə 1%-ni təşkil edir. İki ölkə arasında əməkdaşlıqdan danışan nazir bildirib ki, tranzit, turizm, sənaye, kənd təsərrüfatı, İKT, tikinti və s. sahələrdə əlaqələr yaradıla bilər.

 

Tədbirdə çıxış edən BƏƏ-nin iqtisadiyyat nazirinin müavini Məhəmməd Əhməd bin Əbdüləziz əl Şehni isə öz növbəsində ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 300 mln. dollar təşkil etdiyini bildirib. BƏƏ Azərbaycana 200 mln. dollardan artır yatırım edib. Nazir müavini ölkəsinin iqtisadi inkişafından danışıb və qeyd edib ki, BƏƏ iqtisadiyyatı Yaxın Şərqdə nümunəvidir.

 

Jurnalistlərə açıqlamasında isə BƏƏ-nin iqtisadiyyat nazirinin müavini bildirib ki, Azərbaycan BƏƏ üçün əhəmiyyətli strateji tərəfdaşlardan biridir. İki ölkə arasında güclü siyasi və iqtisadi əlaqələr mövcuddur: «Dubay Sənaye və Ticarət Palatasının Bakıda nümayəndəliyinin açılması buna misaldır. Palatanın fəaliyyəti iki ölkə arasında əlaqələri bir qədər də inkişaf etdirəcək, o cümlədən ticarət dövriyyəsinin artmasına təkan verəcək. Azərbaycan hökuməti nümayəndəliyin açılmasına dəstək verib və bütün lazımi şəraiti yaradıb». Nazir müavini əlavə edib ki, Azərbaycan və BƏƏ neft-qaz, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və s. sahələrdə əməkdaşlıq edə bilər.

 

Qonaq həmçinin bu ilin dekabr ayında BƏƏ-də iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyini bildirib.

 

Qeyd edək ki, bu, Bakıda keçirilən sayca 6-cı Azərbaycan-BƏƏ biznes forumudur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR